Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana - Gündə 10 dəqiqə edirsən, ARIQLADIR

Düzgün nəfəs alma təkbaşına piyləri əridə bilməsə də, orqanizmdə arıqlama prosesini sürətləndirən mexanizmləri işə salır.

Bizim.Media xəbər verir ki, bunu idmançı Kseniya Qufranova deyib.

Onun sözlərinə görə nəfəs texnikası üzərində işləmək diafraqmanın daha səmərəli işinə şərait yaradır. Bu isə bağırsaq hərəkətlərini qan dövranını və bədənin düzgün duruşunu yaxşılaşdırır.

Nəfəs praktikalari stres səviyyəsini azaldır. Stres azalanda orqanizmdə kortizol səviyyəsi də aşağı düşür və bu zaman insanın tez tez nəsə yemək istəyi zəifləyir. Yuxu da normallaşır. Bədən kifayət qədər dincələndə əlavə enerji üçün qidaya yönəlmə ehtiyacı azalır.
 

Mütəxəssis bildirir ki, arıqlamaq üçün kalori çatışmazlığı əsas şərtdir. Yəni bədən aldığı enerjidən çoxunu xərcləməlidir. Nəfəs praktikalari bunu əvəz etmir. Buna baxmayaraq nəfəsin düzgün idarə olunması məşqlərin keyfiyyətini və ümumi vəziyyəti xeyli yaxşılaşdırır.


Qufranova diafraqmanın onurğa sütununa və qabırğalara bağlı iki qübbə formasında olan əzələ olduğunu xatırladıb. Nəfəs aldıqda bu əzələ aşağı enir və həm ağciyərləri hava ilə doldurmağa kömək edir həm də daxili orqanlara yumşaq təsir göstərir.

Duruş pozulduqda qabırğalar irəli yönəldikdə və çanaq əzələləri zəiflədikdə diafraqmanın işi çətinləşir və qan dövranı pisləşir. Buna görə də hər nəfəs məşqinin başlanğıcı düzgün bədən mövqeyi olmalıdır. Bel düz dayanmalıdır sinə açıq qalmalıdır və nəfəs sərbəst axmalıdır.
 

Mütəxəssis düzgün və səhv nəfəs alma arasındakı fərqi də izah edib. Səthi nəfəs aldıqda çiyinlər yuxarı qalxır və boyun əzələləri gərginləşir. Bu hal ağrı yarada bilər. Düzgün nəfəs zamanı qarın həm irəli həm yana açılır. Aşağı qabırğalar genişlənir və sinə boşluğu daha rahat hərəkət edir. Bu proses gövdə əzələlərini aktivləşdirir və onurğanın hərəkətliliyini artırır.


Qufranova diafraqma gərgin olduqda qan dövranının pozula biləcəyini və bel nahiyəsində narahatlıq yarana biləcəyini bildirib. Buna görə qabırğaların hərəkətliliyini qaytarmaq vacib sayılır. Bu məqsədlə onurğanın sərtliyini azaltmaq və duruşu yaxşılaşdırmaq tövsiyə olunur.

Hər məşq zamanı məşqçi nəfəsin ardıcıllığına xüsusi diqqət yetirməlidir. Mütəxəssis ideal bədən quruluşu üçün üç sadə nəfəs texnikasını tövsiyə edib. İlk texnika qarınla nəfəs almadır.
 

Bunun üçün insan uzanmalı və qarın altına yumşaq top və ya bərk bükülmüş dəsmal qoymalıdır. Nəfəs aldıqda qarın yüngül şəkildə bu dayağı itələyir. Nəfəs verildikdə isə bədən rahatlayır. Bu üsul dərin qarın əzələlərindəki gərginliyi azaldır və diafraqma ilə çanaq əzələləri arasında əlaqəni gücləndirir.


İkinci texnika sinə ilə nəfəs almaqdan ibarətdir. Bunun üçün qarnın üstündə uzanmaq və sinə sümüyünün altına top qoymaq kifayətdir. Nəfəs aldıqda hava aşağı yönəlir və topa doğru təkan yaranır. Nəfəs verildikdə sinə yenidən boşalır. Bu üsul sinə qəfəsinin hərəkətini artırır və boyundakı gərginliyi azaldır.

Üçüncü texnika arxa qabırğalara nəfəs alma üsuludur. Bunun üçün insan dördayaq vəziyyətinə keçməli və aşağı qabırğaları lentlə qucaqlamalıdır. Nəfəs aldıqda lent arxaya və yana doğru açılmalıdır. Nəfəs verildikdə isə qabırğalar daralır.
 

Bu üsul sinə hissəsinin elastikliyini və nəfəsin hiss edilməsini yaxşılaşdırır. Qufranova qeyd edib ki, bu texnikalar hər gün on dəqiqədən artıq vaxt tələb etmir. Davamlı tətbiq olunduqda bədəni daha yaxşı hiss etməyə kömək edir.


Duruş düzəlir stres azalır və yuxu normallaşır. Bu isə incə bədən quruluşunun enerji dolu gündəlik həyatın və özünə inamın əsasını təşkil edir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

End of content

No more pages to load

RADİO