Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin dördillik üzvü SEÇİLDİ

Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Komitənin üzvü seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb.

Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.
 

Bildirilib ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir. Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.


Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

Məlumatda qeyd edilib ki, Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib.

2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib. Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti Azərbaycanın regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

End of content

No more pages to load

RADİO