Qəbələdə sel TƏHLÜKƏSİ – Kəndlər SU ALTINDA qala bilər - FOTO

Qəbələ rayon ərazisindən axan ən təhlükəli, sel-daşqınları ilə zaman-zaman istər yaşayış, istərsə təsərrüfatlara ciddi ziyan vuran çaylardan biri Qaraçaydır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çayın sahili boyunca bir neçə yaşayış məntəqəsi yerləşir ki, onlardan biri Tikanlı kəndidir.

Ötən yaz-yay aylarında və payızın ilk günlərində yağan güclü leysan yağışlarından sonra sel təhlükəsi bir qədər də artıb.

Sakinlər çayda məcratənzimləmə işləri aparılmasına baxmayaraq fayda vermədiyini, beton bəndlərin tikilməsinin zəruri olduğunu bildirir.


Kənd sakini Adıgözəl Allahverdiyev deyir ki, illər əvvəl çayın yatağı dərin, eni az idi. Lakin son illər gələn güclü sellər nəticəsində çayın yatağı bir neçə dəfə qalxıb. Bu isə yaşayış məntəqələri üçün təhlükə deməkdir.   

Bir neçə il əvvəl çayın sahilində inşa edilən beton bəndin hazırda çayın səviyyəsindən aşağı düşdüyünü deyən sakinlər məsələnin hər sel gələndə daha da dərinləşdiyini bildirir. Kənd sakini Əflatun Yusifovun sözlərinə görə ötənilki sel daşqınlarında həmən bənd tamamilə görünməz olubmuş. “Melorasiya idarəsinin texnikaları həmin ərazidə xeyli işləyəndən sonra bəndin qarşısı və ətrafı təmizlənərək əvvəlki vəziyyətinə gətirilib” deyən sakin çayın sahilinə əlavə bəndlərin tikilməsini xahiş edir.


Əks təqdirdə tək Tikanlı və Abrıx kəndləri deyil digər yaşayış məntəqələrini də sel təhlükəsi gözləyir.  


Sakinlərin sözlərinə görə Tikanlı kəndi ilə Abrıx yaşayış məntəqəsini birləşdirən körpünün yan istinad divarlarının olmaması da təhlükənin getdikcə artmasından xəbər verir. O da bildirildi ki, dəfələrlə görülən məcratənzimləmə işlərinə baxmayaraq sel çayla-körpü arasındakı məsafəni xeyli yaxınlaşdırıb.

Qəbələ Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Yüksəl Nurməmmədov bildirir ki, digər dağ çaylarında olduğu kimi Qaraçayın ərazisində də plana uyğun olaraq məcratənzimləmə işləri aparılır. Lakin güclü leysan və yağışlar qum-çınqıl və lil qatının da artmasına səbəb olur ki, bu da yaşayış məntəqələrinin selbasma təhlükəsini artırır.  Bütün bunalara baxmayaraq Tikanlı sakinlərinə şad xəbərimiz də olacaq. Belə ki, Qaraçayın sel təhlükəsi ola biləcək ərazisində beton bəndlərin tikilməsi üçün müvafiq qaydada müraciət olunub.


Maliyyə vəsaiti ayrılan təqdirdə ərazidə 400 paqonmetr yeni bəndlərin tikilməsi planlaşdırılır.


Baş mühəndisin sözlərinə görə rayon ərazisindən axan Dəmiraparan, Həmzəlli və Bum çaylarında da il ərzində sel-sulara qarşı məcratənzimləmə işləri görülüb, torpaq bəndlərlə sahilləri bərkidilib. 






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

End of content

No more pages to load

RADİO