Bir neçə ay əvvəl bağlanan Azadlıq Partiyasının sədri Əhməd Oruc insult keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.
Qeyd edək ki, bir neçə ay əvvəl Əhməd Orucun oğlu Günxan vəfat edib. Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.
Bizim.Media