“Ümumi yanaşmamız budur ki, tam ştatlı müəllim dediyimiz müəllimin əməkhaqqı orta əməkhaqqından ən azı iki dəfə çox olsun”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni yanaşmanın tətbiqi 2027-ci ilin sentyabrından tez müddətdə nəzərdə tutulmur:
"Yanaşmamız saat hesabı əməkhaqqı sistemi saxlanılmaqla, alternativ olaraq tamştatlı müəllim konseptini yavaş-yavaş Azərbaycan məktəbinə gətirməkdir. Məsələnin konseptual mahiyyəti budur. Çalışacam ki, yaxın həftə ərzində bu haqda ictimaiyyətə məlumat verim ki, ayrı-ayrı yersiz şərhlərə ehtiyac olmasın".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media