“İlk dəfə sertifikasiya imtahanından uğurla keçən müəllimlərin əmək haqlarına olunan əlavələr ilin sonunadək ödəniləcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bizim.Media-nın sualına cavab olaraq bildirib.
Nazir bildirib ki, bu, vaxt aparan prosesdir:
"Sertifikasiya prosesi bitməlidir. Yay aylarında həmin müəllimlər imtahan verib bitirirlər. Daha sonra 20 mindən çox müəllimlə müsahibələr təşkil edilir. Sənədləşmə işləri bitdikdən sonra müəllimlərin əməkhaqqına olunan əlavələr birdəfəlik ödənilir. Növbəti aylarda isə onlar aybaay bu əlavələri alırlar".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media