Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumatlandırma sessiyası keçirilib – FOTO

Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib. 

Bizim.Media xəbər verir ki, 2026-cı ilin 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yemeru çıxış edib və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın video müraciəti təqdim olunub.
 

Sessiyanın məqsədi WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir. 


WUF13-ün milli koordinatoru Anar Quliyev brifinq iştirakçılarını salamlayaraq, qlobal əhəmiyyətli forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksək səviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib.

O vurğulayıb:

“WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək.”

Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə təşəkkürünü bildirib.

O qeyd edib: 

“WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”ə çıxışı təmin etmək öhdəliklərinin yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda,  növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq.”
 

Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki, Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir.


WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda WUF13 üçün müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəfli nəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir.

O, bildirib: “Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır.”

Brifinqdə UN-Habitat-ın Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib. 

Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

End of content

No more pages to load

RADİO