Neftçalada Azərbaycan dilinin saflığının qorunmasına həsr olunan beynəlxalq konfrans keçirildi – FOTO

15 noyabr 2025-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransı keçirilib. 

Bizim.Media xəbər verir ki, builki konfrans “Konstitusiya və Suverenlik İli“nə həsr olunmuşdur. 

Konfransda yüzə yaxın alim və gənc tədqiqatçı iştirak edib. 

“AZLİNG2025” konfransında müasir dünya dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin aktual problemləri müzakirə olunub. Konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər gənc tədqiqatçılar də iştirak ediblər.
 

Konfrans iştirakçıları əvvəlcə Neftçala Heydər Əliyev Mərkəzinin önündə ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.


Daha sonra konfrans iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan Dilçilik Nailiyyətləri Sərgisiylə tanış olublar. Sərgidə Azərbaycan dilçiliyinin son nailiyyətlərini əks etdirən kitablar nümayiş olunub. 

Konfransı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyi zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini sitat gətirərək dil və xalqın taleyinin, onun mənliyi və mənəviyyatıyla sıx bağlı olduğunu bildirib. 

Konfransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxışlarında konfransın əhəmiyyətindən söz açaraq vurğulayıblar ki, qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. 

Sonra konfransın təşəbbüskarlarından biri - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova “AZLİNG2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfransın materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını edərək, kitabı uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfə kimi qiymətləndirib.
 

Daha sonra tədbir Heydər Əliyev Fondunun Çin üzrə nümayəndəsi, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. 


Aqşin Əliyev AZLİNG konfranslarının beş illik hesabatını təqdim etdikdən sonra konfransın “Gənc dilçilər“ forumuna başlayıb. 

“Gənc dilçilər“ forumunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva, Azərbaycan Dillər Universitetini baş müəllimi, Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov, Bakı Dövlət Universitetinin doktorantı Simnar Əlizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar haqqında fikirlərini auditoriya ilə bölüşüblər. 

Daha sonra forum müzakirə formatında işini davam etdirmişdir.

Konfrans bölmə iclaslarla davam edib. Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və “AZLİNG” konfransının növbəti il də keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, konfrans materialları toplu halında nəşr olunacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Dilçilik Nailiyyətləri Sərgisi bir həftə boyunca davam edəcək.
 

Qeyd edək ki, sözügedən kofrans neftçalalı dilçi alimlərin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. 


“AZLİNG” silsilə konfransları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdiirilməsi ilə bağlı tədbirlər haqqında“ 1 noyabr 2018-ci il tarixli Fərmanının ruhuna uyğun olaraq təşkil edilir.

















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

End of content

No more pages to load

RADİO