STEAM layihəsi üç yüz mindən artıq məktəblini əhatə edən böyük bir təşəbbüsdür və hər il genişlənməkdədir. Bu layihə 2027-2030-cu illər strategiyasında Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcək. Biz bunu layihə yox, Azərbaycan təhsilinin özü olaraq təqdim edəcəyik.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində çıxışı zamanı deyib.
"Bu gün burada gördüyünüz uşaqlar, onların bəzilərinin 9-10 yaşı var, bəzilərinin 2-ə yaxın yaşı var. Həmin uşaqlar Azərbaycanın gələcəkdə alimləri olacaqlar", - deyə nazir qeyd edib.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media