Dünən İranın Soyuqbulaq (Mehabad) şəhərində ailə münaqişəsi dəhşətli qətllə nəticələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Rokna nəşri yazıb.
Bildirilib ki, bir kişi arvadını və qayınatasını öldürərək hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı polis və məhkəmə orqanları qatilin tutulması və qətlin detallarının müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir.
Bizim.Media