Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib.
Bizim.Media xəvər verir ki, şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü E.Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.


Bizim.Media