Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayonun Çobanabdallı kənd sakini, 2010-cu il təvəllüdlü Rumin Əliyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu