Ət bazarında böhran dərinləşir

Bakıda ət bazarında qiymətlər yenidən artıb. Ötən həftədən paytaxtın bir çox bazar və qəssab dükanlarında mal ətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Hazırda sümüklü mal ətinin kiloqramı 18 manata, sümüksüz ət isə 22 manata satılır. Qəssablar bu bahalaşmanı mal bazarlarının bağlanması və təchizat zəncirində yaranan fasilələrlə əlaqələndirirlər. Alıcılar isə artıq ətin qiymətini "fantastik həddə" yaxın adlandırırlar. İndi hamını düşündürən suallar var:
bahalaşma nə qədər davam edəcək? Atılan addımlar qiymətləri sabitləşdirmək əvəzinə daha da artırmırmı? Ən əsası, qırmızı ət artıq sadə ailələrin süfrəsindən tamamilə çəkiləcəkmi?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qərarın verilməsində gecikmişik?
 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ölkədə dabaq xəstəliyinin kütləvi yayılması fonunda ət bazarında bahalaşma qaçılmaz idi: "Əslində bazarların bağlanması və karantin tədbirləri xəstəliyin yayılma zəncirini qırmaq üçün əsas vasitədir. Dabaq xəstəliyinin inkubasiya dövrü təxminən 7-15 gündür, yəni bu zənciri qırmaq üçün 10-15 gün kifayətdir. Lakin görünür, bu istiqamətdə atılan addımlar bir qədər gecikib. Əgər bu proses oktyabrın 10-dan tətbiq olunsaydı, ayın 20-25-nə qədər vəziyyət sabitləşə, itkilər də xeyli azala bilərdi. Amma tədbirlər bir qədər gec başladı".


Ekspertin sözlərinə görə, hər bir qərarın həm müsbət, həm də mənfi tərəfi olur. Dabaq xəstəliyinə görə tətbiq olunan karantin də istisna deyil: "Bazarlar bağlandığı üçün fermerlər heyvan satmaqda çətinlik çəkirlər. Ət satışı ilə məşğul olan sahibkarlar məcbur olub qapı-qapı gəzərək heyvan alırlar. Bu da əlavə xərc yaradır və maya dəyərini artırır".

"Bahalaşma uzunmüddətli ola bilməz"

Akif Nəsirli hesab edir ki, bu bahalaşma uzunmüddətli ola bilməz: "Əgər bu vəziyyət uzansa, çox ciddi mənfi nəticələr ortaya çıxacaq. Çünki yerli ət bahalaşsa da, əhali ətsiz qalmır. Alternativ kimi idxal olunan dondurulmuş və ya təzə ətlər mövcuddur və onlar daha ucuzdur. Əhali bu məhsullara vərdiş etdikdən sonra, xüsusilə gəliri aşağı olan təbəqə yerli ətə geri dönməyəcək, idxal ətinin istehlakçısı kimi qalacaq. Bu isə yerli istehsalçıların və qəssabların müştəri itkisinə səbəb olacaq".

Ekspert əlavə edir ki, nəticədə bazarda iki əks istiqamətli təzyiq formalaşır: "Bir tərəfdən dabaq xəstəliyi səbəbindən istehsal azalır və bu, ətin qiymətinin artımına təzyiq yaradır. Digər tərəfdən isə idxal ətlərə tələbin artması və yerli müştərinin itirilməsi bazarda ucuzlaşma istiqamətində təzyiq yaradır. Hansı qüvvənin daha üstün gələcəyini isə zaman göstərəcək".

Bazarda gözəgörünməz qüvvə

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov dabaq xəstəliyi səbəbindən təkcə satışın dayanmadığını, alışın da azaldığını deyir. İnsanlar ət və süd məhsulları almaqdan çəkinirlər. Ekspertin sözlərinə görə, bu vəziyyətdə bahalaşma iqtisadi qanunlara ziddir, çünki normalda bir məhsula tələbat azalanda qiymət də enməlidir: "Bizdə isə əksinə baş verir. Azərbaycanda ət bazarını sanki gözəgörünməz bir qüvvə idarə edir. Bəzən heç bir əsas olmadan qiymətlər qalxır. Halbuki son vaxtlar ölkəyə xaricdən - Monqolustandan, Hindistandan, Rusiyadan çoxlu dondurulmuş ət idxal olunur. Bunlar keyfiyyətli məhsullardır. Belə olan halda, bazara ucuz ət daxil olanda qiymətlər düşməlidir, amma nədənsə enmir. Məsələn, bazarda kiloqramı 12 manata Monqolustan quzusu satılır, amma yerli quzu ətinin kiloqramının qiyməti 21-22 manatdan aşağı düşmür," - deyə Həsənov vurğulayır.

"Restoranlar Monqolustan quzusu alırlar"

Mütəxəssis hesab edir ki, əhali hələlik xaricdən idxal olunan ət məhsullarına etimad göstərmir: "Dondurulmuş ət yeməmək sadəcə stereotipdir. Əslində ölkədə ət istehlakı daha çox iaşə obyektlərində baş verir. Məsələn, bir qəssabxana sadə vətəndaşa gündə dörd quzu satırsa, bir restoran 20 quzu alır. Artıq bir çox restoranlar Monqolustan quzusu alır. Bu isə o deməkdir ki, yerli quzu satılmadığı üçün qiymət aşağı düşməlidir, amma bu baş vermir".

Mircavid Həsənovun fikrincə, dabaq xəstəliyi ilə bağlı vəziyyət normallaşandan sonra qiymətlər tədricən ucuzlaşacaq: "Hazırda əksər təsərrüfatlarda xəstəlik var, satış azalıb. Amma bu, müvəqqəti haldır. Vəziyyət düzələndə qiymətlər də sabitləşəcək. Üstəlik, xaricdən ucuz ət idxalının təsiri özünü göstərəcək. Bu, bir növ Çin avtomobillərinin ölkəyə ilk gəlişinə bənzəyir. Əvvəllər hamı onları pisləyirdi, indi isə hər yerdə Çin maşınları satılır. Dondurulmuş ətlərə də zamanla etimad yaranacaq. Mən Monqolustandan gələn ətlərlə maraqlanmışam, çox keyfiyyətlidir, orqanikdir. Heyvanlar təbii şəraitdə yetişdirilir, heç bir qida əlavəsi istifadə olunmur", - deyə ekspert qeyd edir.

Həm xərclər, həm risklər artıb

İqtisadçı Xalid Kərimli vurğulayır ki, heyvanlarda yayılan xəstəlik səbəbindən bazarlara tətbiq edilən məhdudiyyətlər mal ətinin təklifini azaldır: "Bazar qanunlarına görə, təklif azaldıqda qiymətlər artır. Hazırkı məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldır və bu da qiymət artımına səbəb olur. Eyni zamanda, bu vəziyyət ənənəvi mal bazarlarının fəaliyyətinə mane olur və rəqabət mühitini dəyişir. Bu isə əlavə qiymətartırıcı amildir. Digər tərəfdən, alıcı davranışı da dəyişir. İnsanlar xəstəlik təhlükəsi səbəbindən bazarlardan çox, mağazalardan kəsilmiş ət almağa üstünlük verirlər. Mağazalara yönələn bu artan tələbat da qiymətləri yüksəldir. Nəticədə, mal ətinin bahalaşması balıq və toyuq ətinə olan tələbatı da artırır və bu, həmin məhsulların qiymətlərinə də təsirsiz ötüşmür".

Ekspertin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi birbaşa epidemiyanın gedişindən asılı olacaq: "Əgər xəstəlik qısa müddətdə nəzarət altına alınarsa, qiymətlər tədricən sabitləşə bilər. Amma xəstəlik uzun sürərsə, bu, ət bazarında daha uzunmüddətli bahalaşmaya gətirib çıxaracaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Qubada 10-dan həyəti çirkab suları basıb - FOTO/VİDEO

Qubada 10-dan həyəti çirkab suları basıb - FOTO/VİDEO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

İkardi “Qalatasaray”dan ayrıla bilər

İkardi “Qalatasaray”dan ayrıla bilər

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

"Mahnı sözləri həyatıma təsir edir"

"Mahnı sözləri həyatıma təsir edir"

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

End of content

No more pages to load

RADİO