Tovuz rayonunda qida zəhərlənməsi faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qovlar qəsəbəsində baş verib.
1986-cı il təvəllüdlü Ramal İslam oğlu Əhmədov, 1989-cu il təvəllüdlü Vüsalə Namiq qızı Hüseynova, 2010-cu il təvəllüdlü Dəniz Ramal oğlu Əhmədli və 2013-cü il təvəllüdlü Banu Ramal qızı Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
İlkin ehtimallara görə, ailə üzvlərinin pendirdən zəhərləndikləri güman olunur.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu