Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bunun obyektiv səbəbləri var"
 

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir:


"Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər".
 

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir:


"Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın".

Gərginlik, təyyarə qəzası...
 

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib:


"Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi".
 

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir:


"Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur".

Geosiyasi gərginliklər, əlverişsiz xərclər
 

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib:


"İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib".

"Azərbaycan əlverişli turizm istiqamətidir"
 

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur:


"Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb".

Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa...
 

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb:


"Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, "aframe" tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır.

Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

Ət bazarında böhran dərinləşir

Ət bazarında böhran dərinləşir

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Minaya düşən şəxsin SON DURUMU

Minaya düşən şəxsin SON DURUMU

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

End of content

No more pages to load

RADİO