Ağdərə rayonunda mina partlayıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndində baş verib.
Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
Bizim.Media