Sumqayıtda toy mərasimində yıxılaraq xəsarət alan şəxs ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən restoranlardan birinin önündə qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Viktor Qayıbov toy mərasimindən çıxan zaman yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. V.Qayıbov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media