İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.
Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media