“O ŞEİRİ BİR DƏ SÖYLƏ, ƏRDOĞAN !
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə, Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu "ilana" qənim olsun o Quran,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun,
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə, Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
12.12.2020
Milləti qış yuxusundan oyatmağa istiqamətlənmiş çox azsaylı əsərlərdən biridir. Həm də gözəl və təsirli misralardı. Müəllifə və paylaşan dostlara şəxsi təşəkkürümü bildirirəm.
Mən ciddi narahat edən Şimallı ictimaiyyətin, məhz hokümətin deyil əhalinin susqunluğudur. Tarixdə belə şans çox təsadüf hallarda olur. Təqribi götürəndə hər əsrə bir imkan düşür. Keçən əsr belə imkan yarandı, dərhal kimlər ki, bu milləti iki yerə parçalamışdi, onlar da həmin müstəqil dövləti boğdu (Rusiya-İran). İndi isə hər iki istismarçı düşmənin tarix boyu ən zəif vaxtına təsadüf edir, hər ikisi beynəlxalq təcriddə, müharibələr, qarşıdurmalar içərisində boğulurlar.
İnqilablar birinci insanların beynində baş verməlidir ki, bundan sonra fiziki proseslər başlasın. Bunun üçün isə kommunikasiya, informasiya ötürmə vasitələri, ana dilində yazma, oxuma, informasiyanı qəbul etmə imkanları lazımdır. 40 milyon əhalinin virtuallaşma dövrundə bir faizinə çıxış əldə edə bilməmişik, ortaq rəqəmsal əlifba yarada bilməmişik. 40 milyon əhalinin imkanlarından istifadə edə bilmirik. Halbu ki, 40 milyon əhalinin yalnız informasiyası milyardlar gətirə bilərdi. Çinin 1,5 milyard əhalisi var, 7 dəq ərzində bütün əhaliyə informasiya ötürmək imkanı yaradılmışdır. İnformasiya texnologiyalarının yüksək inkişafı şəraitində bunu hazırlamaq çox az məsrəf tələb edir. Virtualda bir Azərbaycan əlifbalarının (ərəb, krill, latın, fars qrafikası) konvertasiya proqramı ən çoxu 50 min manat tutar, Virtual Bütöv Azərbaycan portalının yaradılması bir milyon, Azərbaycan dilinin rəqəmsal dərsliyinin yaradılması yenə də çox olsa bir milyon manat vəsait tələb edər. Amma bu elektron sistemlərin qurulması agıla gəlməz həcmdə maddi və mənəvi fayda verərdi. Azərbaycanda (cənublu-simallı) o qədər böyük imkanlı insanlar -iş adamları, məmurlar, fondlar, qeyri hökumət təskilatları, partiyalar var, niyə hərəkətə keçmirlər, niyə heç bir iş görmürlər. Bunu da hökümət edə bilməz, beynəlxalq vəziyyət, qaydalar imkan vermir. Bəs, vətəndaş cəmiyyəti, bəs alimlər, yazıçılar, ictimai xadimlər, iş adamları?