Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
39 yaşlı S. Hasanov həmin salonda çalışan, tanışı- 30 yaşlı C. Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S. Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Bizim.Media