Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın “X” hesabında paylaşım edilib.
“8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik”, - paylaşımda qeyd edilib.

Bizim.Media