Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, rayonun Burunlu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini E.Hüseynov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bizim.Media, Aran bürosu