Son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.
İddialara görə, bu dəyişiklik “təhsil sisteminin optimallaşdırılması” çərçivəsində həyata keçiriləcək və institutun bütün akademik bazası, müəllim heyəti və tələbələri NDU-ya birləşdiriləcək.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib:
“Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək,” - deyə qurumdan bildirilib.
Aygün Hüseyn, Bizim.Media