5 il öncə BU GÜN – 4 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 4 noyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edirik.

Taleh İsmayılov


26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.

2005-ci ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

Taleh 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib.

2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb, 2016-cı ildə “Aprel döyüşləri”ndə fəal iştirak edib.

2020-ci il sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə","Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Fərid Əsgərov


1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 

Fərid hərbiçi ailəsində dünyaya gəlib. Atası Ərəstun Əsgərov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Füzuli, Ağdərə istiqamətində döyüşüb, Horadiz əməliyyatına qatılıb. O, uzun illər hərbiçi kimi müxtəlif bölgələrdə xidmət edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrin veteranı, həm də Qarabağ müharibəsi veteranıdır.

2012-ci ildə Lənkəran şəhər 6 nömrəli liseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

İsmət Qurbanov


İsmət Qurbanov 1998 -ci il aprelin 22-də Şəmkir rayonunun Varlı Həyat kəndində anadan olub.
 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Qurbanov noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Əmrah Səfərli


2 aprel 1998-ci ildə İmişli rayonu Göbəktala kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunun əsgəri Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Elçin İsmayılov


7 fevral 1991-ci ildə İmişli şəhərində anadan olub. 1997-ci ildə şəhərin 7 saylı məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanıb. Elçin Tovuz rayonunun Ağdam kəndində xidmət edib. İxtisasca snayper olub. 2010-cu ilin oktyabr ayında tərxis olunub. 2018-ci ilin dekabr ayından yenidən orduya qayıdıb, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən MAHHXHQ əsgər Elçin İsmayılov 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

End of content

No more pages to load

RADİO