BİZİM TƏQVİM:31 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücumlarını davam etdirib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. 

Bəs, oktyabrın 31-də dünyada daha nələr olub?

1. 1517-ci il 31 oktyabrda Martin Lüther Vittenberqdə 95 tezisini kilsə qapısından asaraq Protestantlığı elan etdi.

2. 31 oktyabr 1831-ci ildə Osmanlı imperatorluğu sərhədləri içində ilk türkcə qəzet olan “Takvimi-Vekayi” nəşrə başladı. Bu, daha çox rəsmi elanları verdiyi üçün Osmanlı dövlətinin ilk rəsmi qəzeti olaraq tarixə düşüb.

3. 1876-cı ilin 31 oktyabrında Hindistanın sahil şəhərlərini yerlə-yeksan edən qasırğada 200 min adam həyatını itirdi.

4. Türkiyədə Kahramanmaraşda 1919-cu ilin 31 oktyabrında südçü İmam Fransa işğalçılarına qarşı ilk gülləni atdı.

5. 31 oktyabr 1922-ci ildə İtaliyanın kralı Vittorio Emanuele tərəfindən Benito Mussolini ölkənin baş naziri təyin olundu.  

6. 1925-ci il 31 oktyabr tarixində İranda Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul etdi.

7. Dövrün Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirərək gəmi keçidlərinə bağladıqdan sonra Misirlə İngiltərə və Fransa arasında böhran yaşandı. İngiltərə və Fransa kanalın təkrar açılması üçün güc tətbiq edərək 1956-cı ilin 31 oktyabrında Misiri bombaladılar.

8. 1958-ci il 31 oktyabrda Moskva Yazıçılar İttifaqının ümumi iclasında şair və nasir Boris Pasternakın ittifaqdan xaric edilməsi, sovet vətəndaşlığından və ölkədən çıxarılması barədə qərar təsdiq olundu. Sonralar İtaliyada məskunlaşan Pasternak Nobel Mükafatına layiq görüldü.

9. 1991-ci il 31 oktyabrda Cahar Dudayev başçısı olduğu Çeçenistan Muxtar Respublikasını Rusiyadan ayrı olaraq müstəqil dövlət elan etdi. Ancaq Rusiya prezidenti Boris Yeltsinçeçenlərin müstəqilliyini qəbul etmədi, bölgəyə ordu yeritdi.  

10. 31 oktyabr 1999-cu ildə Nyu-Yorkdan Qahirəyə gedən sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 217 adam həyatını itirdi.

11. 2003-cü ilin bu günündə ilk dəfə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.

12. 31 oktyabr 2006-cı ildə Gəncə Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Gəncədə aeroport ilk dəfə 1948-ci ildə tikilib və 1951-ci ildə istifadəyə verilib. 

31 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Ağa Nemətulla 1896-cı ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Qabaqcıl iş üsullarını tətbiq etmək və texnoloji prosesləri təkmilləşdirməklə neft quyularının qazılmasında rekord nəticələrə nail olan Ağa Nemətulla 1941-ci ildə Bibiheybətdə ilk dəfə turbin üsulu ilə quyu qazıb. (1896-1958)

2. SSRİ-nin tanınmış kino aktyoru Anatoli Papanov 1922-ci ilin 31 oktyabrında anadan olub. O məşhur “Nu poqodi” (Bir dayan) cizgi film serialında canavarı səsləndirib. (1922-1987)

3. Bu gün Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandinin xatirə günüdür.  İndira Qandi öz cangüdənləri - iki Sih mühafizəçisi tərəfindən 1984-cü ilin 31 oktyabrında qətlə yetirilib. (1917-1984)

4. 31 oktyabrda məşhur İtaliya kinorejissoru və ssenari müəllifi Federiko Fellini xatırlanır.  22 yaşından (1942) kinoya gələn Felliniyə “Ağ şeyx”, “Ana uşaqları” və “Yol” filmləri dünya şöhrəti gətirib. “Kabiliyanın gecələri” və sonrakı filmlərində müasir Qərb dünyasının təzadları əks olunub.(1920-1993)

5. 31 oktyabr 1910-cu ildə Əməkdar artist Ağa Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.

6. 31 oktyabr 1953-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.

7. AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Köçərli 2007-ci ilin bu günündə dünyasını dəyişib (11.02.1929- 2007).

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! ABŞ Venesuelaya hücuma hazırlaşır – Əməliyyat planının DETALLARI

SON DƏQİQƏ! ABŞ Venesuelaya hücuma hazırlaşır – Əməliyyat planının DETALLARI

Samir Mehdiyev Gürcüstandan Azərbaycana ekstradisiya OLUNDU

Samir Mehdiyev Gürcüstandan Azərbaycana ekstradisiya OLUNDU

Noyabrın ilk gününün HAVASI AÇIQLANDI

Noyabrın ilk gününün HAVASI AÇIQLANDI

Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü – FOTO

Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü – FOTO

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – MÜHÜM YENİLİK

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – MÜHÜM YENİLİK

Şəhid Teymur Allahverdiyevin nəşi doğulduğu kəndə GƏTİRİLDİ – VİDEO

Şəhid Teymur Allahverdiyevin nəşi doğulduğu kəndə GƏTİRİLDİ – VİDEO

Mehriban Xanlarova qızından imtina etmə səbəbini AÇIQLADI - VİDEO

Mehriban Xanlarova qızından imtina etmə səbəbini AÇIQLADI - VİDEO

Qoruqların ziyarətindən 5 milyona yaxın gəlir götürülüb

Qoruqların ziyarətindən 5 milyona yaxın gəlir götürülüb

Zaqatalada şadlıq evinin həyətində meyit tapıldı

Zaqatalada şadlıq evinin həyətində meyit tapıldı

Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO

Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO

Hikmət Hacıyev Zəngəzur dəhlizindən VİDEO PAYLAŞDI

Hikmət Hacıyev Zəngəzur dəhlizindən VİDEO PAYLAŞDI

Salyanda FACİƏ - 21 yaşlı gənci “tok” vurub ÖLDÜRDÜ

Salyanda FACİƏ - 21 yaşlı gənci “tok” vurub ÖLDÜRDÜ

“Qarabağ” “İmişli”ni QƏBUL EDƏCƏK

“Qarabağ” “İmişli”ni QƏBUL EDƏCƏK

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı SƏRBƏST BURAXILDI

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı SƏRBƏST BURAXILDI

Bu CƏZA sərtləşdirilir: 8 min manatadək CƏRİMƏ, 5 ilədək HƏBS

Bu CƏZA sərtləşdirilir: 8 min manatadək CƏRİMƏ, 5 ilədək HƏBS

Razi Nurullayev: “Bəzi vəzifələrə qəbul biliklə deyil, tanışlıqla olur”

Razi Nurullayev: “Bəzi vəzifələrə qəbul biliklə deyil, tanışlıqla olur”

33 il sonra nəşi tapılan ŞƏHİD – Teymur Allahverdiyev doğma torpağında DƏFN EDİLƏCƏK - FOTO

33 il sonra nəşi tapılan ŞƏHİD – Teymur Allahverdiyev doğma torpağında DƏFN EDİLƏCƏK - FOTO

Milli maraqlarımıza ideoloji TƏHDİD – “AXCP və Müsavatın siyasi səhnədən getməsinin vaxtıdır”

Milli maraqlarımıza ideoloji TƏHDİD – “AXCP və Müsavatın siyasi səhnədən getməsinin vaxtıdır”

Kiberpolisdən ƏMƏLİYYAT: Kriptovalyuta qarşılığında zərərli proqramlar satan haker tutuldu – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Kriptovalyuta qarşılığında zərərli proqramlar satan haker tutuldu – VİDEO

Bakıda piyadaların səbəb olduğu dəhşətli qəzalar – ANBAAN VİDEO

Bakıda piyadaların səbəb olduğu dəhşətli qəzalar – ANBAAN VİDEO

İpoteka ilə mənzil almaq istəyənlərin DİQQƏTİNƏ – Qanun dəyişdi

İpoteka ilə mənzil almaq istəyənlərin DİQQƏTİNƏ – Qanun dəyişdi

Vəkillər Kollegiyası sədri iki dəfədən çox SEÇİLƏ BİLƏCƏK

Vəkillər Kollegiyası sədri iki dəfədən çox SEÇİLƏ BİLƏCƏK

AYNA-ya yeni səlahiyyət VERİLDİ

AYNA-ya yeni səlahiyyət VERİLDİ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO