“Mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir” - “Bolmart”ın rəhbərindən AÇIQLAMA - FOTO - VİDEO

“Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.

O, son günlər mətbuatda “Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Ramil Məmmədli bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətəuyğun deyil.

O, lakin bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:

““Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”.

İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:

“Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir.

Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.

R.Məmmədli vurğulayıb ki, “Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir:

“Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda “Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”.
 

“Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub.


Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”, - icraçı direktor əlavə edib.

R.Məmmədli sonda bir daha vurğulayıb ki, “Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:

“Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.










Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha 2 marşrut üzrə keçirilən müsabiqələrin qalibi SEÇİLDİ

Daha 2 marşrut üzrə keçirilən müsabiqələrin qalibi SEÇİLDİ

Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir

Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir

Sədr müavini vəzifəsindən azad edilib? - AQTA-dan açıqlama

Sədr müavini vəzifəsindən azad edilib? - AQTA-dan açıqlama

“Çelsi”nin 1300 azarkeşi Bakıya gələcək

“Çelsi”nin 1300 azarkeşi Bakıya gələcək

Nazir: “Rusiya Brüsselə zərbə endirərsə, biz Moskvanı yer üzündən siləcəyik”

Nazir: “Rusiya Brüsselə zərbə endirərsə, biz Moskvanı yer üzündən siləcəyik”

Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı oldu – FOTO

Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı oldu – FOTO

Ararat Mirzoyanı döyən şəxslərdən birinə AĞIR CƏZA - FOTO

Ararat Mirzoyanı döyən şəxslərdən birinə AĞIR CƏZA - FOTO

“İnter”in qapıçısını 7 il həbs cəzası GÖZLƏYİR

“İnter”in qapıçısını 7 il həbs cəzası GÖZLƏYİR

“TikTok” ötən il Azərbaycanda 3 milyonadək videonu silib

“TikTok” ötən il Azərbaycanda 3 milyonadək videonu silib

5 il öncə BU GÜN – 29 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

5 il öncə BU GÜN – 29 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

Müdafiə Nazirliyinin pulunu mənimsəyən iş adamının CƏZASI AZALDILDI

Müdafiə Nazirliyinin pulunu mənimsəyən iş adamının CƏZASI AZALDILDI

Həkim 17 yaşlı Əfsanənin ölümü ilə bağlı yeni detalları AÇIQLADI – VİDEO

Həkim 17 yaşlı Əfsanənin ölümü ilə bağlı yeni detalları AÇIQLADI – VİDEO

"QHT işi" üzrə ittiham olunan Zamin Zəkinin məhkəməsi başladı

"QHT işi" üzrə ittiham olunan Zamin Zəkinin məhkəməsi başladı

SON DƏQİQƏ: Şirvanda zəlzələ oldu - FOTO

SON DƏQİQƏ: Şirvanda zəlzələ oldu - FOTO

Sumqayıtda evdən qızıl oğurlayan gənc qadın TUTULDU

Sumqayıtda evdən qızıl oğurlayan gənc qadın TUTULDU

"Sovetski"də 127 tarixi bina qorunub saxlanılacaq - BŞİH

"Sovetski"də 127 tarixi bina qorunub saxlanılacaq - BŞİH

Prezident bu məhkəmələrə yeni sədrlər təyin etdi – SİYAHI

Prezident bu məhkəmələrə yeni sədrlər təyin etdi – SİYAHI

Maradonanın tarixi qolu üçün sikkə BURAXILDI

Maradonanın tarixi qolu üçün sikkə BURAXILDI

Bakıda sərxoş sürücü ağır qəza törətdi - ANBAAN VİDEO

Bakıda sərxoş sürücü ağır qəza törətdi - ANBAAN VİDEO

Azərbaycanda 16 yaşında ana olan yeniyetmə körpəsindən İMTİNA ETDİ - VİDEO

Azərbaycanda 16 yaşında ana olan yeniyetmə körpəsindən İMTİNA ETDİ - VİDEO

Yuliya Pasternak yüksək vəzifəyə təyin edildi

Yuliya Pasternak yüksək vəzifəyə təyin edildi

Reper Qurda ağır itki ÜZ VERDİ

Reper Qurda ağır itki ÜZ VERDİ

m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!

m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!

Elton Məmmədov Baş Prokurorluğa ÇAĞIRILDI

Elton Məmmədov Baş Prokurorluğa ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO