Paytaxtın Xəzər rayonunda baş verən yanğın hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə zamanı ev sahibi 1979-cu il təvəllüdlü Şahin Tofiq oğlu Məmmədli aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Oxu.az)
Bizim.Media