Xəbər verdiyimiz kimi Beyləqanda əmisi oğlunun evində çalışan ustanı tok vurub.
Bizim.Media xəbər verir ki, TƏBİB xəsarət alan Şumanov Əhməd Arif oğlunun vəziyyəti ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bizim.Media