Biznesmen dayısına 1 milyon “atan” vəzifəli şəxs məhkəmə zalında HƏBS EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı - Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.

Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.

Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə üçüncü şəxslər – Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.

Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb. (Pravda.az)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO

Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO

Rusiyada yanacaq BÖHRANI: Məntəqələrdə avtomobillərin uzun növbəsi yaranıb

Rusiyada yanacaq BÖHRANI: Məntəqələrdə avtomobillərin uzun növbəsi yaranıb

Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər: "Tapança ilə gəlirdi" – VİDEO

Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər: "Tapança ilə gəlirdi" – VİDEO

Maliyyə Nazirliyi gələn il üçün neftin qiymətini proqnozlaşdırdı

Maliyyə Nazirliyi gələn il üçün neftin qiymətini proqnozlaşdırdı

Tramp Ukrayna üçün “Qələbə Fondu” yaradır

Tramp Ukrayna üçün “Qələbə Fondu” yaradır

“Ramiz Quliyevin yaratdığı irsi zamana sığdırmaq mümkün deyil” – Adil Kərimli

“Ramiz Quliyevin yaratdığı irsi zamana sığdırmaq mümkün deyil” – Adil Kərimli

Heydər Oğuz Əli Həsənov barədə gizli məlumatları yaydı

Heydər Oğuz Əli Həsənov barədə gizli məlumatları yaydı

Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO

Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO

İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi – FOTO

İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi – FOTO

Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər – KİV

Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər – KİV

ADY: “Qatarın ləngiməsinə görə işə gecikənlərə arayış verilə bilər”

ADY: “Qatarın ləngiməsinə görə işə gecikənlərə arayış verilə bilər”

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? – VİDEO

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? – VİDEO

Taksilərlə bağlı YENİ MƏHDUDİYYƏT – Qiymətlər artacaq?

Taksilərlə bağlı YENİ MƏHDUDİYYƏT – Qiymətlər artacaq?

Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Həm övladı, həm tələbəsi kimi yola salıram” – Əyyub Quliyevdən atası ilə bağlı ürəkdağlayan SÖZLƏR

“Həm övladı, həm tələbəsi kimi yola salıram” – Əyyub Quliyevdən atası ilə bağlı ürəkdağlayan SÖZLƏR

Bu il Xocavənd rayonuna 1 300-1 500 ailə köçürüləcək

Bu il Xocavənd rayonuna 1 300-1 500 ailə köçürüləcək

Prezident və xanımı Ramiz Quliyevlə vida mərasiminə əklil göndərdi - FOTO

Prezident və xanımı Ramiz Quliyevlə vida mərasiminə əklil göndərdi - FOTO

Yasamalda güllələnən şəxslərin SON DURUMU

Yasamalda güllələnən şəxslərin SON DURUMU

İlham Əliyev bu tarixdə Qazaxıstana gedəcək

İlham Əliyev bu tarixdə Qazaxıstana gedəcək

Növbəti 4 ildə büdcədən Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait xərclənəcək?

Növbəti 4 ildə büdcədən Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait xərclənəcək?

“Ramiz Quliyevin tarının səsi ilə bir nəsil böyüdü” - Vamiq Məmmədəliyev - VİDEO

“Ramiz Quliyevin tarının səsi ilə bir nəsil böyüdü” - Vamiq Məmmədəliyev - VİDEO

Ramiz Quliyevlə VİDA mərasimi KEÇİRİLİR - FOTO

Ramiz Quliyevlə VİDA mərasimi KEÇİRİLİR - FOTO

Köhnə avtobus, köhnə PROBLEM - 161 nömrəli avtobus yenə yolda QALDI – VİDEO

Köhnə avtobus, köhnə PROBLEM - 161 nömrəli avtobus yenə yolda QALDI – VİDEO

End of content

No more pages to load

RADİO