Goranboyda iki piyadanı maşın vurub.
Bizim.Media xəbər verir ki, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan"Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.
Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media