Bu gün Quba rayonunun Ağbil kəndində Vətən Müharibəsi şəhidi Batdal Bayraqdarovun anım günü keçirilib.
Bizim.Media xəbər verir ki, Ağbil kənd qəbristanığında uyuyan Batdalın məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.
Anım mərasimində şəhidin yaxınları, ailə üzvləri, şəhid ailələrinin nümayəndələri, kənd sakinləri iştirak edib.
Çıxışlarda bildirilib ki, axısxa türklərinin nümayəndəsi olan Batdal Vətən Müharibəsinin bu günündə Füzulinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.
Qeyd olunub ki, 18 yaşında şəhidlik zirvəsinə ucalan əsgər Batdal Bayraqdarov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu