Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ

Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir.
 

Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır.


İnsanları düşündürən əsas sual budur:

Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayırlar? Ümumiyyətlə, narahatlığa əsas varmı?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Operativ qrup yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir:

"Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq, dezinfeksiya işləri də həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar".

Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ

Baytarlıq nəzarəti məcburidir
 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, heyvanmənşəli məhsulların - insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir:


"Heyvanmənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsulların qəbuluna və satışına icazə verilir. Bu məhsulların qəbuluna və satışına yalnız yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvanmənşəli məhsullar buraxılır və həmin proses səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında həyata keçirilir".

Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ

Qurumun açıqlamasında o da vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə görə, heyvan kəsimi yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalıdır:

"Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi isə həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır.

AQTA istehlakçılara tövsiyə edir ki, yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvanmənşəli məhsullar alsınlar. Bu sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir".

Təsadüfi kəsim məntəqələrində təhlükə

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıların narahatlığını başadüşülən hesab edir.

Onun sözlərinə görə, əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından, bu halın təkrarlanması istisna olunmur:

"Mənşəyi bilinməyən, xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq".

Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ

AİB sədri onu da qeyd edib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil:
 

"Bu məsələyə yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edirlər. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır.


Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. İstehlakçı ət və ət məhsullarını təsadüfi kəsim yerlərindən deyil, iri marketlərdən almalıdır. Biz buna öyrəşməliyik. Çünki iri ticarət mərkəzlərinə daxil olan məhsullara AQTA tərəfindən ciddi nəzarət edilir. Həmin məhsullar rəsmi satış icazəsi olmadan marketlərə daxil ola bilməz.

Təsadüfi kəsim yerlərində isə nəzarət yoxdur. İstehlakçı bu cür kəsim məntəqələrindən ət almaqla sağlamlığını təhlükəyə atır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO