“İşığa doğru” filminin təqdimatı oldu - FOTO

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi çərçivəsində “İşığa doğru” adlı filmin və Tədqiqat Hesabatının təqdimatı olub.

Bizim.Media xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Qeyri-hökumət təşkilatlarının rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Anar Yusifzadə bildirib ki, film Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın – Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.
 

Layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların üzləşdiyi zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.


Layihə çərçivəsində çəkilmiş film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub. Film ingilis dilinə tərcümə olunub və  beynəlxalq auditoriyaya təqdim ediləcək.

Filmin ssenari müəllifi Esmira Qasımova bildirib ki, yaddaşını itirən xalq məhvə məhkumdur və buna görə də xalqımızın yaşadığı dəhşətləri sənədləşdirmək vacibdir:

“Film 9 yaşlı qızın timsalında həmin insanların hayqırtısından bəhs edir. Biz burada təkcə dəhşətləri göstərməmişik, eyni zamanda dünyaya çağırış etmişik. Müharibə təkcə statistika deyil, eyni zamanda məhv olan həyatlar deməkdir. İstərdik ki, bu filmlə həm də sülhə çağırış edək”.

İştirakçılar film barədə düşüncələrini bölüşüb və ekran işinin olduqca uğurlu olduğunu bildirib.

Qeyd olunub ki, bu kimi filmlər və kitablar Azərbaycan xalqının acılarını dünyaya çatdırmaq baxımında mühüm rol oynayır. Çıxışçılar filmin bir neçə dilə tərcümə olunmasını təklif edib. Bildirilib ki, film həm də ədalətə çağırışdır. Qeyri-hökumət təşkilatlarının bu tip hadisələri filmlərə, kitablara köçürərək xalqın tarixinə həkk etməsi olduqca təqdirəlayiqdir.
 

“Prezident İlham Əliyev bir neçə gün əvvəl Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında qeyd etdi ki, biz gələcəyə doğru addımlayırıq, amma keçmişi də unutmamalıyıq. Bəli, biz 44 günlük Vətən müharibəsindəki qələbəmizlə işığa doğru addımlayırıq”, - deyə çıxışçılar vurğulayıb.


Daha sonra “Alternativ” Kommunikasiya Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva Ermənistan işğalının qurbanı olmuş azərbaycanlı qadınların hüquqlarının pozulması, üzləşdiyi zorakılıq, məhrumiyyət  və iztirabların onların sağlamlığı və sosial statusu üçün uzunmüddətli nəticələrini təhlil edən Tədqiqat Hesabatı təqdim edib.

O, müharibə qurbanı olmuş 50 qadın arasında sorğu keçirildiyini bildirib. Vurğulanıb ki, respondentlər arasında girov götürülərək fiziki, psixoloji və cinsi zorakılığa, müxtəlif ağır işgəncələrə məruz qalan qadınlar olub. Qadınlar məcburi köçkünlük, ailə üzvlərinin itirilməsi, əmlaklarının talan olunması və digər insanlıq əleyhinə əməllərlə üzləşiblər.
 

Həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 984 nəfəri ötən əsrin 90-cı illərində, yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşüblər:


"3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın (25 azyaşlı qız), 316 nəfəri qocadır”.

Tədbir Tədqiqat Hesabatı ətrafında müzakirələrlə davam etdirilib.























































































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Müharibə daha tez bitəcək - Tramp

Müharibə daha tez bitəcək - Tramp

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

End of content

No more pages to load

RADİO