Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
"Belorus" markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu