Tovuz rayonunda yaşlı qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü Mətanət Tağıyeva yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Bizim.Media