2025-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən yarışlarda 9 komanda müxtəlif məsafələrə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də estafet yarışlarında mübarizə aparıb.
Yarışlarda hərbi qulluqçuların topladıqları xallara uyğun olaraq hakimlər tərəfindən fərdi və komandalar üzrə qaliblər müəyyən edilib.
Qalib komandaya və fərdi nəticələrə görə ilk üç yeri tutan hərbi qulluqçulara kubok, fəxri fərman və medallar təqdim olunub.
Bizim.Media