Niyə sözlər bitmədən bıçaq danışmağa başlayır? – Tarixi və psixoloji FAKTORLAR

Bir neçə gün öncə Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında baş verib.

İlkin versiyaya görə iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Nəzərə alaq ki, bıçaqla ölüm halları son illərdə xeyli artıb. Bıçaqlanma halları isə həddən ziyadə adiləşib. Bəziləri özlərini və istəklərini sözlə yox, bıçaqla ifadə etməyə üstünlük verirlər.

Bu vəziyyət niyə ortaya çıxdı?

Məsələyə münasibət bildirən psixoloq Gülnar Orucova Bizim.Media-ya bildirdi ki, son zamanlar insanların bıçaqla davranışı dərin psixoloji problemlərdən qaynaqlanır:

“Sanki insanlar özlərini sözlə ifadə edə bilmirlər. Ya da ki, qarşılarındakılarda özünüifadə keyfiyyəti yoxdur. Ümumilikdə götürəndə bu, cəmiyyətin problemidir. İnsanlar üzərində olan basqılar, problemlər lazım olmayan yerdə, lazım olmayan zamanda partlayır. Bəzi hallarda adamdakı aqressivliyin səbəbi bilinmir. Çox zaman bu aqressivliyin qarşıdakı adama da aidiyyatı olmur. Bu sadəcə insanlarda olan gərginliklə bağlıdır. 

Bu məsələdə digər səbəb kənar faktorlardır. Son zamanlar bıçaqla gəzmək adi hala çevrilib. Halbuki uzun tiyəli bıçaq gəzdirmək qanunla qadağandır. Lakin bəziləri qanunun tələblərini qulaqardına vururlar. Belələri özlərini tezliklə barmaqlıqlar arasında görürlər. Ümumiyyətlə üstündə bıçaq gəzdirmək doğru deyil. Çünki gec-tez o bıçaq açılacaq. Ona görə də valideynlər bu məsələdə daha diqqətli olmalı, uşaqlarına bıçaq gəzdirməyi qadağan etməlidirlər”.

“Kriminal aləmin təbliğatı gedir”

Dinşünas Tural İrfan isə məsələyə fərqli yanaşır. O, Bizim.Media-ya açıqlamasında qeyd etdi ki, bu kimi qorxunc hadisələr doğru olmayan təbliğatdan qaynaqlanır:

“Cəmiyyətimizdə kriminalın, bıçağın, döymənin, narkoman mahnılarının açıq təbliği gedir. Alim, filosof əvəzinə kriminal aləmin avtoritetləri təbliğ edilir, özü də yüksək səviyyədə. Aqil Abbas keçən dəfə Ağdamda çıxış edib yazdığı əsərdən danışır. Deyir bir ağdamlı o birinə deyir ki, “şükür Allaha, torpağımız da alındı, tikilir, abadlaşır, qurulur...” O da qayıdır ki, “yox elə deyil.
 

Ağdam o vaxt Ağdam olacaq ki, kinoteatrın qabağında qız üstündə bir ağdamlı digərini bıçaqlasın...” Bu təfəkkürdən nə gözləyəsən?! Bundan gənclər, gələcək nəsillər nə götürsün?! Adam bıçaqlamaq?! Bəyəm bir rayonun, bir elin adamlarının cəsarətli, igid olması kinoteatrının qabağında adam bıçaqlamaqla ölçülür?! 


Ağdamlıların elmdə, musiqidə, siyasətdə və digər sahələrdə fəxr edəcəyi onlarla həmyerliləri var. Elə isə bir rayonun adını niyə qız üstündə adam bıçaqlayan cüvəllağı səviyyəsinə  endirirsən?!”

Müsahibimiz qeyd edib ki, Türk adətlərində adam bıçaqlamaq yoxdur:

“Xüsusən də, əli yalın adamı. Çünki qədim türklər meydanda mərd döyüşüblər. Silahsız adama silahla hücum etməyiblər. Xəncər, bıçaqla xaincəsinə əli yalın adam vurmağı ilk dəfə farslar dəb salıb. İlk xəlifə qatili Əbu Lulu ləqəbli Firuz da Ömər bin Xəttaba topuğunda gizlətdiyi xəncərlə sui-qəsd etmişdi. İndiki İranın Qəzvin bölgəsində Ələmut qalasında gizlənən Həşşaşi terrorçuları narkotik çəkib Səlcuqlulara, Əyyubilərə xəncər, bıçaqla qəfil hücum edib əli yalın adamları öldürürdülər. 

Həzrət Əlinin zirehinin arxa tərəfi həmişə açıq olurdu. Çünki ərəblərdə də arxadan adam vurmaq, xəyanətlə əliyalın adama sui-qəsd etmək kişilik sayılmırdı. Hərəsi bir qılınc, xəncər götürüb üzbəüz döyüşürdülər. Sasani imperiyası fəth olunub farslar müsəlman toplumuna qarışandan sonra bu cür ənənələr yayılmağa başladı. Təsadüfi deyil ki, bu gün İranda addımbaşı böyük bıçaq mağazalarına rast gəlinir. Ona görə də gənclərə başa salmaq lazımdır ki, adam bıçaqlamaq mərdlik, qəhrəmanlıq, igidlik əlaməti yox, terror əlamətidir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

Araz Ağalarov həyat yoldaşından boşandı - 27 yaşlı xanımla evləndi - FOTO

Araz Ağalarov həyat yoldaşından boşandı - 27 yaşlı xanımla evləndi - FOTO

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Türkiyə futbolçuları Kosovo ilə həlledici duelə çıxır

Türkiyə futbolçuları Kosovo ilə həlledici duelə çıxır

Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm" - FOTO

Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm" - FOTO

Bu gün 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının növbəti İLDÖNÜMÜDÜR

Bu gün 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının növbəti İLDÖNÜMÜDÜR

Messi Zambiyaya qarşı meydana çıxacaq

Messi Zambiyaya qarşı meydana çıxacaq

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

End of content

No more pages to load

RADİO