Azərbaycanlı əsirlərə işgəncə verilməsi ilə bağlı sübutlar nümayiş etdirildi - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 10-da davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Z.Ağayev məhkəməyə yeni sənədlərin daxil olduğunu elan edib. Bildirib ki, 340 nəfər zərərçəkmiş məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsi və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Məhkəmə prosesində Azərbaycana qarşı törədilmiş cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara, yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə və s. dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar açıqlanıb.

Elan olunan sənədlərə Azərbaycanın müxtəlif nazirik, komitə, agentlik, rayon və şəhər icra hakimiyyətlərindən və sair qurumlarından daxil olmuş məlumatlar daxildir.

İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2020-ci il oktyabrın 4-də Ermənistanda Azərbaycanın mülki əhalisi arasında təşviş yaratmaq məqsədilə Gəncənin atəşə tutulması ilə bağlı qərar qəbul edilib. Ermənistanın beynəlxalq qınağa məruz qalmaması üçün həmin vaxt müdafiə naziri David Tonoyanın tövsiyəsi ilə qondarma rejimin “rəhbəri” Arayik Harutyunyan guya Gəncənin Ermənistan ərazisindən deyil, məhz onun əmri ilə Qarabağ ərazisindən vurulması ilə bağlı bəyanatla çıxış edib. Qeyd olunan çıxış yutub sosial şəbəkəsində də yerləşdirilib.

Arayik Harutyunyan 2021-ci il fevralın 16-da Rusiya sülhməramlı kontingentinin nümayəndələri ilə görüşü zamanı fevralın 17-də 13-18 nəfər azərbaycanlının cəsədinin təhvil veriləcəyini, istehza ilə “həmin cəsədlərin təhvil verilməsinin Xocalı soyqırımından sonra Azərbaycana hədiyyə olduğunu” bildirməklə təqdim edib.

Bundan başqa, A.Harutyunyan Ermənistan hərbçiləri tərəfindən 1992-ci ilin fevral-mart aylarında azərbaycanlı xüsusi təyinatlı milis əməkdaşlarının divar qarşısında düzdürülərək güllələnməsi barədə fikir söyləyib.

Həmin sənədə əsasən, Arayik Harutyunyan 2022-ci il avqustun 5-də Laçın rayonunun Sarıbaba kəndi ərazisində həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçularının üzərinə qaya parçasını Ermənistan hərbçilərinin qəsdən yuvarladığı barədə məlumata malik olması da öz əksini tapıb.
 

Başqa sənədə əsasən 7 nəfər təqsirləndirilən şəxs - Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan, David Manukyan barəsində məlumatları, yəni anket məlumatları, təhsil, qondarma qurumda tutduqları “vəzifələri”, 90-cı illərin əvvəllərindən qondarma qurumun qanunsuz fəaliyyətində rolu, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildə 44 günlük müharibədə iştirakları və sair kimi məlumatlar öz əksini tapıb.


Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Monako” baş məşqçini istefaya göndərdi

“Monako” baş məşqçini istefaya göndərdi

Bu məhsullar sizi arıqlamağa qoymur

Bu məhsullar sizi arıqlamağa qoymur

Nəfəsdən: “Biri-birilərinin “ətini yeyirlər” - VİDEO

Nəfəsdən: “Biri-birilərinin “ətini yeyirlər” - VİDEO

Yeddi Aİ ölkəsi Rusiyadan enerji resurslarının idxalını ARTIRDI

Yeddi Aİ ölkəsi Rusiyadan enerji resurslarının idxalını ARTIRDI

Millimiz Fransaya UDUZDU - VİDEO

Millimiz Fransaya UDUZDU - VİDEO

Makron istefa verən Lekornünü yenidən BAŞ NAZİR təyin etdi

Makron istefa verən Lekornünü yenidən BAŞ NAZİR təyin etdi

DÇ-2026: Fransa-Azərbaycan oyununda üçüncü qol vuruldu - VİDEO

DÇ-2026: Fransa-Azərbaycan oyununda üçüncü qol vuruldu - VİDEO

Aysel əri ilə bağlı qalmaqallı statusuna AYDINLIQ GƏTİRDİ - VİDEO

Aysel əri ilə bağlı qalmaqallı statusuna AYDINLIQ GƏTİRDİ - VİDEO

Fransa millisindən 2-ci qol - VİDEO

Fransa millisindən 2-ci qol - VİDEO

Soyuq aylarda soyuqdəymədən qorunmanın YOLLARI

Soyuq aylarda soyuqdəymədən qorunmanın YOLLARI

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 5 il ötür

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 5 il ötür

Rusiya ABŞ-ni Venesuela ilə gərginliyi dərhal dayandırmağa çağırdı - Əks halda…

Rusiya ABŞ-ni Venesuela ilə gərginliyi dərhal dayandırmağa çağırdı - Əks halda…

Beynəlxalq konfransın iştirakçıları Şuşa həbsxanası ilə tanış oldular - FOTO/VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşa həbsxanası ilə tanış oldular - FOTO/VİDEO

Mbappe millimizlə oyunda hesabı açdı - VİDEO

Mbappe millimizlə oyunda hesabı açdı - VİDEO

Braziliya böyükhesablı qələbə - VİDEO

Braziliya böyükhesablı qələbə - VİDEO

Putin Melaniya Trampın məktubuna CAVAB VERDİ

Putin Melaniya Trampın məktubuna CAVAB VERDİ

Gəncədə 40 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 40 yaşlı kişi BIÇAQLANDI

Azərbaycan Fransaya qarşı - Matç BAŞLADI - VİDEO

Azərbaycan Fransaya qarşı - Matç BAŞLADI - VİDEO

Qəzzaya 200 amerikalı hərbçi GƏLİB

Qəzzaya 200 amerikalı hərbçi GƏLİB

U-21 Çexiyaya böyük hesabla UDUZDU

U-21 Çexiyaya böyük hesabla UDUZDU

ABŞ-da hərbi zavodda partlayış oldu - VİDEO

ABŞ-da hərbi zavodda partlayış oldu - VİDEO

Xalq artisti məhkəmədə UDUZDU: "Qavaldaş nağara mənə məxsusdur" ifadəsi əsassızdır"

Xalq artisti məhkəmədə UDUZDU: "Qavaldaş nağara mənə məxsusdur" ifadəsi əsassızdır"

Şahmatçılarımız Ermənistan yığmasına QALİB GƏLDİ - FOTO

Şahmatçılarımız Ermənistan yığmasına QALİB GƏLDİ - FOTO

İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi - Ziyansızdır

İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi - Ziyansızdır

End of content

No more pages to load

RADİO