“Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, vəkillərin sayı artırılmalıdır:
"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar, lakin vəkillərin sayı yenə də bizi tam qane etmir.
Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır. Bu məsələnin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır”.
Günay Şahmar, Bizim.Media