“Elə evlər var ki, onların çıxarışı yoxdur. Əgər çıxarış yoxdursa, həmin evlərə qazın verilməsində məhdudiyyət var”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Aydın Hüseynov çıxışı zamanı deyib.
O, “Azəriqaz”a müraciət edərək həmin evlərin qazla təmin edilməsini təklif edib:
“Əgər o evlərdə ciddi təhlükəsizlik riskləri yoxdursa, mövcud qanunvericilik çərçivəsində bunu həll etmək olar. Yəni onları qaz sayğacları və qazla təmin etmək mümkündür. Çıxarışların verilməsi digər qurumların işidir”.
Günay Şahmar, Bizim.Media