Atasının yaralandığı yerdə şəhid oldu - Şəhriyar Hacıyevin HƏYAT YOLU

Bu gün Azərbaycanın igid oğullarından biri, Silahlı Qüvvələrin baş kəşfiyyatçısı, şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin anım günüdür.

Onun həyatı qısa, lakin bir ömrə bərabər idi. O ömür ki, ata yarası ilə başladı, şəhidliklə başa çatdı.

Bizim.Media xəbər verir ki, Şəhriyar Hacıyev  2 avqust 1999-cu il tarixində Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.

Ş.Hacıyev 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

O, elə həmin illərdə kimboks və karate üzrə Respublika üzrə birincilik qazanıb. Şəhriyar 2016-cı ildə orta məktəbi bitirib və Kazan Dövlət Universitetinə daxil olub. 2017-ci ilin oktyabr ayında isə xüsusi təyinatlı kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. 2019-cu ilin aprel ayında əsgərlikdən qayıdıb. Daha sonra peşə fəaliyyətinə başlayıb və ilk əmək haqqını almadan İkinci Vətən Müharibəsinə qatılıb. Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
 

Atası Şahlar Hacıyev birinci Qarabağ müharibəsində Ağdamın Ballıqaya kəndində yaralanmışdı. İllər sonra oğlu Şəhriyar, məhz həmin istiqamətdə atası qan tökmüş torpaqlarda qəhrəmancasına şəhid olub.


Şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin nəşi oktyabrın 25-də doğulduğu kəndə gətirilib. Oktyabrın 26-da böyük izdihamla İvanovka kənd qəbirstanlığında dəfn edilib. 

Şəhriyar Hacıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

FİFA oyunların vaxtını dəyişmədi

FİFA oyunların vaxtını dəyişmədi

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var - FOTO

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO