Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb.
Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media