Tovuzda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 4 nəfər – 2000-ci il təvəllüdlü E. Abbasov, 2015-ci il təvəllüdlü E. Hüseynov, 2000-ci il təvəllüdlü N. Hüseynov və 2005-ci il təvəllüdlü T. Orucov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu