Bakı əhalisinin nəzərinə: İş vaxtları dəyişir, kimlərə təsir edəcək? - AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib.

Bizim.Media xəbər verir ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək.

Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.
 

Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb.


Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

Mövzu ilə bağlı ölkə.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib:



“Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir.

Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir.
 

Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərq bulacaq. Sözsüz ki, bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq.
 

Artıq müəssisənin və ya qurumun fəaliyyə göstərdiyi sektorda Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi tətbiq olunacaq. Bu, iş vaxtının uzadılması anlamına gəlmir.


İnkişaf edib ki, ölkələrin təcrübəsi göstərir ki, bu effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir.

Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir:



“İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir.
 

Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”.


S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

End of content

No more pages to load

RADİO