5 il öncə BU GÜN – 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 2020-ci il  9 oktyabr şəhidlərini təqdim edir:

Nurlan Zeynalov

25 noyabr 1989-cu ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Daha sonra hərbi xidmətə yollanan və leytenant rütbəsi alan Nurlan 2020-ci ilin 27 sentyabrında, Vətən müharibəsinin başlaması xəbərini eşidən kimi orduya yazılaraq könüllü şəkildə cəbhəyə yollanıb. Baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunan şəhidimiz, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da, yenidən cəbhəyə yollanır. Nurlan Zeynalov 9 noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Zeynalov Nurlan Rəfail oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tərlan Amanaliyev


1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb.2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıladığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qəşəm İbrahimli


20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin azad olunması zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Qəşəm İbrahimli ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib.

Nicat Xəlilli


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-2012-ci illərdə O. Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Xəlilli oktyabrın 9-də Kəşfiyyat bölüyü Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib. 

Nihad  Abbasov 


25 iyul  2000-ci   il Qax  rayonun  İlisu  kəndində  doğulub. Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan  Silahlı  Qüvvələrinin   sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun baş əsgəri olan Nihad  Abbasov  2020-ci il sentyabrın 27 də   Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  düşmən   işğalı  altında olan ərazilərin azad edilməsi və  Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən  müharibəsi  zamanı Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına  savaşıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan  Nihad  oktyabrın  9-da  Ağdərə  istiqamətində  gedən  döyüşlərdə  şəhidlik  zirvəsinə  ucalıb.  Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra  “Vətən  uğrunda  və  “Suqovuşanın  azad  olunmasına  görə  medalları  ilə  təltif  edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

End of content

No more pages to load

RADİO