Antibiotik və sistem QADAĞASI – Evdə SƏRBƏST, poliklinikada OLMAZ?

Son zamanlar həkim tərəfindən reseptlə təyin olunan antibiotik və sistemlərin vurulması bəzi dövlət tibb müəssisələrində qadağan edilib. Xüsusilə polinklinika və qadın məsləhətxanalarında birmənalı olaraq buna icazə yoxdur. Antibiotik və sistemlərin vurulması yalnız iri xəstəxanalarda mümkündür. Bu vəziyyət isə pasiyentlər arasında müəyyən haqlı narazılıqlar yaradıb.

Məsələ ilə bağlı Bizim.Media TƏBİB - ə sorğu ünvanlayıb. Qurumun cavabında bildirilib ki, inyeksiya (“iynə vurulması”) və venadaxili infuziya (“sistemin köçürülməsi”) ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil deyil:

 “Tibbi protokollara əsasən, bu xidmətlər Ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilmir”, - deyə TƏBİB-in açıqlamasında vurğulanıb.

Maraqlı təzad ondan ibarətdir ki, qadın məsləhətxanaları, ailə-sağlamlıq mərkəzləri, polinklinikalarda (uşaq və böyük üçün) vurulması qadağan edilən antibiotik və sistemlərin vurulması  evlərdə ara tibb bacıları tərəfindən rahatlıqla həyata keçirilir. Üstəlik bu  preparatların apteklərdə reseptlə satışı da açıqdır. Yəni pasiyent ona reseptlə yazılan preparatları aptekdən alıb, tanıdığığı tibb bacısına rahatlıqla vurdura bilər. Bu məsələdə heç bir nəzarət mexanizmi yoxdur.

Əgər antibiotiklərin yeridilməsi təhlükəlidirsə, niyə reseptlə yazılır və satılır?  Yox, əgər təhlükəli deyilsə, dövlət polinklinikalarında buna niyə əngəl var? Məgər polinklinikalarda peşəkar tibb bacısı və ya həkim yoxdur? Yoxsa nəzarət mümkün deyil?

Elə sual yaradan məsələ də budur...

Antibiotik və sistemlərin apteklərdə reseptlə satılması məsələsinə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən də açıqlama verilib. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki,  antibiotiklər yalnız həkim resepti əsasında və müalicə həkiminin nəzarəti altında istifadə olunmalıdır:

“Hər antibiotik tətbiqindən əvvəl orqanizmin həmin preparata qarşı həssaslığının yoxlanılması vacibdir. Bu, müalicənin effektivliyini artırır və mümkün fəsadların qarşısını almağa kömək edir.
 

Hətta eyni preparat təkrar istifadə olunduqda belə, hər yeni müalicə kursundan öncə həssaslıq testinin aparılması tövsiyə olunur. Antibiotiklərin istifadəsi zamanı bəzən çarpaz allergik reaksiyalar (sensibilizasiya) müşahidə oluna bilər, buna görə hər hansı xoşagəlməz hal yarandıqda vətəndaşların təcili yardım xidmətinə və ya birbaşa həkimə müraciət etmələri tövsiyə edilir.

 

 Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununa 14 iyul 2023-cü il tarixli dəyişiklik əsasında 2024-cü ildən etibarən ölkədə “Elektron Resept” sisteminə mərhələli keçid həyata keçirilir. Bu sistemin tətbiqi həkim tərəfindən dərman təyin olunmadan əvvəl xəstəliyin düzgün diaqnostikasının qoyulmasına, həmçinin resept dövriyyəsinin şəffaf və nəzarətli aparılmasına imkan yaradır”, - deyə bildirilib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, evdə antibiotik yeridilməsi tibbi baxımdan yolverilməz və təhlükəlidir:

 “Evdə antibiotik köçürülməsi dünyanın heç bir yerində yoxdur. Çünki bu, çox risklidir. İstənilən an allergik reaksiya və ya digər ağırlaşmalar baş verə bilər və bu halda ev şəraitində tibbi müdaxilə imkanları məhduddur”, -  deyə Adil Qeybulla vurğulayıb.


Ekspert qeyd edib ki, bu cür prosedurlar yalnız ixtisaslı tibb personalı tərəfindən, tibbi nəzarət altında həyata keçirilməlidir.


Onun sözlərinə görə, bəzi hallarda reseptdə antibiotik yazılması həmin preparatların mütləq yeridilməli olduğu anlamına gəlmir.

“Əlbəttə, sınaqdan keçmiş və xəstəyə əvvəllər təsir edən preparatlar belə, ev şəraitində vurulmamalıdır. Bu, birmənalı şəkildə qadağan edilməlidir”, -  deyə o əlavə edib.

Qeyd edək ki, pasiyentlərin çoxu dövlət xəstəxanalarında müəyyən çətinliklərlə üzləşdiklərini, bəzi hallarda isə eyni prosedurlar üçün məcburən özəl tibb müəssisələrinə müraciət etdiklərini bildirirlər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı

Zabrat-Maştağa yolu bağlandı

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtomobil istehsalının həcmi 300 milyon manata yaxınlaşıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

Hindistanda qeyri-adi HADİSƏ - Yeniyetmənin göz yuvasından diş çıxarıldı

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

“AzerGold” “Rebuild Garabagh” sərgisində yeni sikkələri təqdim etdi – FOTO/VİDEO

Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Hamiləlikdə depressiyanın müalicəsi körpənin inkişafına müsbət təsir edirmiş – ARAŞDIRMA

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

End of content

No more pages to load

RADİO