177 minlik qızıl oğurlayan şəxs saxlanıldı - VİDEO

Paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami RPİ-nin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən içərisində 25 000 manat, 12 00 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb.

Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub.

Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib.

Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38 800 manat, 1200 dollar və 177 000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər.

Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

End of content

No more pages to load

RADİO