Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Bizim.Media-ya verilən məlumata görə, gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Bütün mənzillər tam təmirli şəkildə təklif olunacaq.
Bizim.Media