Milyardlar ölkəsinin dilənçi miqrantları...

Moderator.az ötən gün Naxçıvandakı işsizliyin miqyasını göstərəcək bir yazıyla çıxış edərək Vasif Talıbovun yaxınlarına məxsus “Gəmiqaya Holdinq”ə məxsus çoxsaylı iş yerlərinin ixtisara düşdüyünü vurğulamışdı. Tanınmış jurnalist və bir müddət öncə bir layihə çərçivəsində Türkiyənin İqdır bölgəsindən ürəkgöynədən material hazırlayan Elman Abbasov ordakı naxçıvanlıların və Azərbaycanın digər bölgələrindən olan insanların bir parça çörək üçün baş götürüb milyardlar ölkəsindən qaçma səbəblərini xırdalamağa çalışmışdı. Həmin yazını Moderator.az-ın oxucularına təqdim edirik və əminik ki, hamınız çox böyük təəssüf və qəzəblə bu yazını oxuyub köks ötürəcəksiniz...

...Onlar milyonlar səltənətinin dilənçi övladlarıdı... Bir qarın çörək üçün qürbət ellərə üz tutanlar... Ailəsini dolandırmaq üçün elindən-obasından, doğmalarından illərlə ayrı düşənlər...
Əslində miqrasiya dünyanı başına saran qlobal problemə çevrilib. Azərbaycan da bu baxımdan istisna deyil. Amma ölkənin bütün digər bölgələrilə müqayisədə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında bu problem daha kəskindir. Muxtar Respublikanın əhalisi rəsmən 422 min nəfər olsa da, sakinlərin böyük qismi dolanışıq üçün paytaxt Bakıya, qonşu Türkiyəyə, Rusiyaya və Avropa ölkələrinə üz tutublar. Və zamanla bu bölgədə əmək imiqrantlarının sayı artmaqda davam edir.
Naxçıvan boşaldıqca, sərhədin o tayı Türkiyənin İqdır şəhəri həmyerlilərimizlə qaynayır. İqdırın lap mərkəzində “Ziraat Bankı” və "Qarabağ" mehmanxanasının qarşısındakı böyük meydanda Naxçıvandan gəlmiş azərbaycanlıların toplandığı "qul bazarı" yerləşir.
Milyonlar ölkəsinin dilənçi miqrantları burda toplaşanların sözlərinə görə, işsizlik, inhisarçılıq, bütün sahələrdə insan hüquqlarının pozulması, məmur özbaşınalığı, iqtisadi çətinlik, siyasi və fərqli düşüncəyə görə təqiblər onları yaşadıqları ərazini tərk etməyə məcbur edib. Onları buraya gətirən ümumi səbəblər olsa da, hər birinin fərqli həyat hekayəsi var. Fərqli çətinliklərlə üzləşiblər. Sıralarında yaşlılar, gənclər, orta və ali təsili olanlar var. Hər gün səhər erkəndən meydana çıxıb ruzilərini gözləyirlər. Bəxti gətirən də olur, gətirməyən də. Bəzən günlərlə onları işlətmək üçün aparmırlar. İş olsa da,olmasa da "qul bazarı”nda gözləməyə məhkumdurlar.
Hamısı nimdaş geyimdədirlər. Günəşin istisindən yanıblar. Çəkdikləri əziyyətdən,qeyri insani yaşam tərzindən çoxu bir dəri, bir sümük qalıb. Sifətlərində cəhənnəm əzabının nişanələri görünür. Ürək yanğısı ilə danışırlar. Şəkillərini mətbuatda verməyimi istəmirlər. Amma yaşadıqları yerə baxmağımı, oranı çəkməyimi xahiş edirlər”¦
Söhbət edə-edə yaşadıqları yerə doğru irəliləyirik. 10 dəqiqədən sonra artıq mənzil başındayıq. Biz oraya gedən müddətdə gəlişimizdən ev sahibini kimsə xəbərdar etmişdi. Yerin sahibi bizi görən kimi əvvəlcə evə girməyimizə etiraz edir. O,hamının Hacı deyə çağırdığı İqdırlıdır. əslində o da soydaşımızdır. Elə buna görə naxçıvanlı miqrantı burada himayə edir. Onların dar günündə yanlarında olmağa,onlara kömək etməyə çalışır. Özü iki mərtəbəli tikilinin birinci mərtəbəsində çay evi işlədir. İkinci mərtəbəni isə naxçıvanlı didərginlərə verib. Yersiz, yurdsuz naxçıvanlılar boş vaxtlarında bu çay evinə yığışırlar. Gəlişimizin səbəbini açıqladıqdan sonra "nə istəyirsiniz edə bilərsiniz. Buyurun qalxın yuxarı, baxın.Sonra isə çaya qonaqsınız", - deyir.
Milyonlar ölkəsinin dilənçi miqrantları. Onlar hamısı birlikdə 35 nəfərdirlər. 100 kvadratmetrlik otaqda 22 nəfər yaşayır.Qalanlar isə eyvanda, açıq havada yatır. Qarşıdakı çardağı olmayan ikimərtəbəli binanın beton damı üstündə, açıq havada, zibil yığınının düz yanında bir neçə döşək sərilib. Yoldaşlarından bir neçəsinin də gecələr orada yatdıqlarını bildirirlər.Otağın divarlarının, tavanının suvağı tökülüb, döşəmə betondur. Özləri taxtadan yataq yeri düzəldiblər. Bəzilərisə elə betonun üzərinə döşək ataraq yatır. Hər tərəfdə anti-sanitariya şəraiti hökm sürür. Burada yatıb-qalxır, burada yuyunur,burada yemək yeyirlər.
Çay içə-içə onlarla söhbətləşirik. "Müəllim, bu nə qədər davam edəcək? Biz yaşamırıq, sürünürük. Uzun illərdir burada işləyirik. Ailəyə yemək vermək lazımdır. Ölkəmizdə iş tapsaq, qayıdıb gedərik. Bir gün belə burada qalmarıq.Bir gün işləyəndə beş gün işsiz qalırıq. Bizi alçaldırlar, söyürlər, bəzən işlədib pulumuzu vermirlər, döyüldüyümüz zamanlar da az olmur. Qaldığımız yer də bərbad haldadır. Özünüz gördünüz. 20 nəfərdən çox insan, heç bir şəraiti olmayan bir otaqda yatır. Ailəmizdən uzaq düşmüşük. Qazancımız isə ailəni dolandırmağa yetmir", - onlardan biri ümumi acılarını bölüşür.
Dörd aydır övladlarından ayrı düşən Saleh Məmmədov deyir: "Torpaqlar paylananda 5 hektar mənə də pay torpağı verilib. Verməz olaydılar. Sonradan3 hektarını əlimdən aldılar. Qalan iki hektarını isə əkməyə imkan vermədilər.Bələdiyyəyə pul verirdim. Vergi gəlirdi, torpaq pulu gəlirdi, su pulu gəlirdi,bir sözlə, bütün qazancımızı əlimizdən alırdılar. Deyirdim torpaq şorandır.Əhəmiyyət verən yox idi. Lazım olanda suvarma suyu tapa bilmirdim. Ailəni dolandıra bilmədiyim üçün buraya gəlmişəm".
Miqrantların dediklərinə görə gəlmələri tez-tez incidirlər. Onları alçaltmağa çalışırlar. Həmiyerlilərimizin döyüldüyü, hətta öldürüldüyü zamanlar da olub. Qardaş ölkənin aborigenləri onlara "Sizin ölkəniz neft ölkəsidir. Gedin öz ölkənizdə işləyin", - deyirlər. Onlar isə qürbət eldə heç bir hüquqa malik olmadıqları üçün qorxudan səslərini çıxara bilmirlər...
"Bir ay bundan əvvəl burada bir şərurlunu 10-15 nəfər döydü, sonra isə bıçaqlayaraq öldürdülər. Onun meyitini çox çətinliklə evlərinə göndərə bildik.Hər an bizi də bu cür aqibət gözləyir. Ölkəyə qayıdırıq, orada incidirlər, iş tapa bilmirik. Məcburiyyət qarşısında ailəmizi dolandırmaq üçün buraya gəlirik. Burada da başqa problemlərlə üzləşirik", - Mayıl Rəhimov deyir.
Burada çörək dərdində olan azərbaycanlıların başqa bir mənəvi sıxıntısı da var.Dediklərinə görə, İqdırın bütün otellərində, kazinolarında, barlarında və digər əyləncə məkanlarında Azərbaycandan gəlmiş qadınlara rast gəlmək olur. Bu qadınlar əsasən bədənlərini satmaqla yaşamlarını sürdürürlər. Buna görə də yerli əhali azərbaycanlı kişiləri qınayırlar.
"İstəsən, get gözlərinlə gör. Bu qadınlara görə bizi qınayırlar. Axı, bizim ölkəmizin sərvəti vətəndaşlarının bu cür yaşamasına imkan verməməlidir. Onları da qınaya bilmirik. Çünki bilirik ki, bu qadınlar da buraya ehtiyac üzündən gəlirlər. İstədiyin bara və ya kazinoya gedə bilərsən. Hər şey aydın olacaq", - miqrantlardan Meydan Məmmədov deyir.
Onlarla sağollaşıb, ayrılıram. Sözügedən mehmanxanaları, əyləncə məkanlarını dolaşarkən ehtiyatlı olmağımı, əsl kimliyimi gizlətməyi məsləhət görürlər.Dediklərinə görə, əgər kim olduğumu bilsələr həmin yerlərdən sağ çıxmaya da bilərəm”¦
Mehmanxanalardan birinin arxasında bar yerləşir. Həmin bara həm mehmanxanadan, həm də arxa tərəfdən, birbaşa küçədən giriş qapısı var...Yarıqaranlıq yerlərdən birində oturaraq, büdcəmə uyğun yüngülvari sifarış verirəm. Bir azdan çal-çağır başlayır. Naxçıvandan gəlmiş musiqiçilər əsasən Azərbaycan mahnıları ifa edirlər. Müxtəlif yaşlarda yarıçılpaq 6 qadın zala daxil olur. Onlardan biri, orta yaşlısı nisbətən qapalı geyinib. Onun başçı olduğu bilinir.Tez-tez stollara yaxınlaşır. Nə lazım olduğunu soruşur, digərlərinə göstəriş verir.Mən oturduğum masaya bir neçə dəfə yaxınlaşdıqdan sonra onun Naxçıvanın rayonlarından birindən olduğunu öyrənə bilirəm. Qızlardan biri mahnı oxuya-oxuya masalara yaxınlaşır, bəxşiş toplayır, digərləri isə rəqs edirlər, hər yolla müştərini razı salmağa çalışırlar.
Barda İrandan, Azərbaycandan, Ərəbstandan və digər xarici ölkələrdən gəlmiş istirahət edən insanlar var. Oxuyan qadın mənim masamda əyləşir və əyləşən kimi Qarabağ şikəstəsi oxumağa başlayır. Şübhəyə düşürəm. Sanki azərbaycanlı olduğumu bilir. Bu musiqi ilə ürəyimi yumuşaltmağa, məni ovsunlamağa çalışır.Əlimi cibimə atıb 5 manat çıxarıram, ovcuna basıram və getməsini xahiş edirəm.Növbəti dəfə başçı qadın masama yaxınlaşır və qızlardan birinə müştəri olmağıma işarə edir. Fürsətdən istifadə edərək onlardan birini çağırmasını rica edirəm. Əli ilə işarə edən kimi qızalardan incə və ən gənc görünəni bir göz qırpımında masamda əyləşir...

Milyonlar ölkəsinin dilənçi miqrantlarından biri”¦Dediyinə görə, Azərbaycanın rayonlarının birindəndir. Onu burda Lalə ismiylə tanıyırlar. Əsl adının nə olduğunu demir, əlbəttə. Ara-sıra marağımın əsl səbəbini sezdirmədən suallar verirəm. O da danışa-danışa öz işini görür. Sifarişlər verir və daha çox xərcimin çıxmasına çalışır. Burada qaydadır, masaya gələn əlavə sifarişlərin pulundan və qızın stolda oturduğu üçün alınacaq puldan onun özünə də pay düşür.
Lalənin dediyinə görə, çox gənc yaşlarında sevib və sevdiyi oğlana ərə gedib.Ondan iki övladı dünyaya gəlib. Bəxti gətirməyib. Ərinin içki düşgünü olması, evə qazanc gətirməməsi, evdə dava-dalaş salması evliliklərinə son qoyub. Övladlarını və xəstə anasını bacısına tapşıraraq, çarəsizlikdən tanışlarından birinin təklifi iləTürkiyəyə işləmək üçün gəlib. Münasib iş tapa bilməyib. Otel və yemək pulu toplanaraq onsuz da buraya gələrkən aldığı borcunu daha da üstələyib. Çevrədəki insanların təkidi ilə "çıxmağa" başlayıb. Üç idir burada işləyir. Onlara pul göndərir. Tez-tez telefonla danışmaqlarına baxmayaraq, övladları üçün darıxır.Onlara xüsusi ev tutublar. Müştəri olanda orada gecələyirlər. Tez-tez zorakılıqlara da məruz qlırlar. Gündüzlər istirahət edirlər. Küçəyə çıxmaq olmaz. Hər an polislərə yaxalanaraq, Türkiyədən deportasiya oluna bilərlər.
Lalənin hekayəsini dinlədikdən sonra vacib işim olduğunu bildirərək, hesabı ödəyib oranı tərk edirəm...
(Ardı var...) 
Elman Abbasov, İqdır Türkiyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

İsrailli nazir: İranla atəşkəs səhv idi

İsrailli nazir: İranla atəşkəs səhv idi

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

End of content

No more pages to load

RADİO