İqbal Ağazadə: “Heç kim o iqtidara səs verməzdi”

Türkiyədə bir neçə aydır davam edən korrupsiya qalmaqalı, məxfi məlumatların, hökumət üzvlərinə qarşı kompromatların yayılması və sosial şəbəkələrin bloklanması fonunda keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qalib çıxdığı bildirilir. Türkiyənin baş naziri Ərdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəlməsi münasibətilə məşhur “balkon çıxışı”nı edərək, ciddi mesajlar verməklə yanaşı, təhdidlərdən də çəkinməyib. “Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər” - deyən Ərdoğan elə qalibiyyətin ilk günündən təqiblərin olacağı ilə bağlı mesaj verdi. Türkiyədəki seçkisonrası proseslərlə bağlı suallarımızı Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə cavablandırır. 

- Tükriyədə bələdiyə seçkilərinin nəticələrini necə qiymətləndirisiniz?

- Əvvəlcədən də mənim seçkinin nəticələri ilə bağlı proqnozlarım vardı. Nəticələr elan olunduqdan sonra geniş təhlil edərkən gəldiyim nəticə bu oldu ki, Türkiyə cəmiyyəti olduqca maarifsiz cəmiyyətdir. Savadlı seçim edən insanların sayı məhduddur və onların səsləri də bütövlüdə seçkinin nəticələrini dəyişmir. Seçkilərdə itirak edən digər kəsim isə ya mühafizəkar ideoloji baxışlara malik olan, əşirət və ya milli maraqlar baxımından yanaşan qruplarıdır ki, onların də seçimi situasiyaya, həyat şəraitinə, iqtidarın yaxşı işləyib-işləməməsinə, müxalifətin hansı müsajı verib-verməməsindən asılı olmayaraq, eyni namizədlərə, eyni qruplara yönəlib. Bu isə yaxşı halın göstəricisi olmamaqla yanaşı, cəmiyyətin durğunluğundan, münasibətlər sisteminin bəsitləşməsindən və tayfa münasibətlərindən doğan seçimlərə gətirib çıxarır. Bu isə Türkiyə üçün çətin bir hal yaradır. İnkişaf etmiş və ya demokratiyanı yaşam tərzi seçmiş ölkələrdə seçki öncəsi bu tip hadisələr - 17 dekabr rüşvət və korrupsiya  əməliyatları baş versəydi, bu qədər qalmaqallı materiallar KİV-ə çıxarılsaydı, cinayət işi qaldırılaraq 4 nazir və onların övladları suçlansaydı yer yerindən oynayardı və heç kim o iqtidara səs verməzdi. Türkiyə kimi ölkədə o itidar səs ala bilirsə, bu, dediklərimin bir daha təsdiqidir.

- Sadaladığınız qalmaqallı hadisələr Fətullah Gülən-Ərdoğan savaşının təzahürüdümü? Bəs bundan sonra qarşıdurmalar hansı mərhələyə keçəcək?

- Hesab etmirəm ki, baş verənlər Fətullah Gülən-Ərdoğan savaşının nəticəsi və ya təzahürü kimi ortaya çıxdı. Bunlar fərqli bir məsələlər idi və əslində, Fətullah Gülən Ərdoğanın işini asanlaşdırdı. Gülən məsələləri öz üzrəinə çəkməklə  Fətullah Gülən-Ərdoğan savaşının açıldığını ictimailəşdirdi və Ərdoğan da bundan məharətlə istifadə etdi. Çünki Türkiyə daxilində Ərdoğan Fətullah Gbüləndən qat-qat güclü idi. Əslində bu, daha böyük oyunun tərkib hissəsi idi və bu oyun Türkiyədə yeni bir mərhələnin başlanğıcı olmalı idi. Ədoğan-AKP iqtidarının yanaşması Osmanlı yanaşmasına daha çox oxşayır. Dünən “Balkon danışması”ndakı mesajlara diqqət edəndə də bu aydın olur. Məsələn bir millət, iki dövlət - Azərbaycan-Türkiyə münasibətləri bu cür danışılır və dünyada ən yaxın müttəfiq dövlətlər kimi xarakterizə olunur, ancaq bir dəfə də Azərbaycanın adını çəkmədi. Suriyaya, Bosniya Hersaqovinaya,  Kosovaya salam göndərdi, amma əski sovetlər ölkəsi, türk cümhiriyyətləri, müsəlman ölkələr, Azərbaycan yoxdur. Ərdoğan hədəfini bəlli edib, Ərdoğan-Gülən savaşı bu məsələnin ikinci hissəsindən doğan idi. Bəli, elektorat uğrunda orada savaş gedə bilər, amma savaşın görünən tərəfi başqadır. 

- Ərdoğanın bir mesajı da oldu: “Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər”...

- Ərdoğanın ən böyük yanlışı seçkidən sonra o mesajı vermək idi. Qalib gəlmiş iqtidar seçkidən sonra daha yumşaq, daha qucaqaçan, hətta ona səs verməyən insanları belə bağrına basmağı bacaran bir mesaj verməli idi. Ancaq yanlış bir mesaj verdi. O unutdu ki, İstanbul kimi bir şəhərdə 5-6 faiz səslə, Ankarada isə bir faiz səslə irəlidədir. Qarşıdan isə cumhurbaşkanlığı seçimləri gəlir. İkinci bir tərəfdən baxsaq, Türkiyə cəmiyyətinin maarifsizliyi burada da özünü göstərir: Parçalayıcı və örgütə söykənən, Türkiyənin mənafelərini çıxara bilməyən BDP (Barış və Demokratiya Partiyası)  ilə AKP-nin təbii müttəfiqliyi müşahidə olundu bu seçkilərdə. Hətta razılaşdırılmamış təbii mütəfiqlik çıxırdı ortaya. Bundan başqa, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) də təbii müttəfiqliyi müşahidə olunurdu. Ərdoğan qəbul etmək istəmirdi ki, Türkiyə siyasətində onun təbii müttəfiqi milliyyətçiliyə və cümhuriyyətçiliyə söykənən yox, bölücülüyə söykənən bir partiyadır. Bu onun gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bunları anlayaraq daha yumşaq mesajlar verməli və seçki marafonunda  yaşanan sərtliyi və gərginliyi seçkidən sonra aradan qaldırmalıydı. 

- Ərdoğanın dedikləri həm də təqiblərin olacağına açıq işarə sayılır”¦

- Türkiyənin yeni dövrü müsbət mərhələdə görünmür. Ərdoğanın mesajları da münasibətlər sistemində ciddi zədələr olacağını göstərir. Bunun hüquq dövləti olaraq Türkiyəni hara qədər apara biləcək və kim daha çox irəli gedə biləcək, məsələsini də yalnız orada aydınlaşdırmaq mümkün olacaq. Hüquq  Ərdoğana qarşı çıxacaq, yoxsa hüquq Ərdoğanın yandaşınamı çevriləcək? Mən düşünürəm ki, hüquq Ərdoğana  qarşı çıxacaq. Çünki qarşıdan prezident seçkiləri gəlir və Ərdoğan hüquqdan daha çox asılıdır. Əgər parlament seçkiləri və prezident seçkiləri bitmiş olsaydı, Ərdoğanın fasilədən istifadə edərək onları dəyişməyə imkanı çatardı. Amma bunlar olmadığına görə, hesab edirəm ki, Ərdoğan basqı edəcək, lakin bu basqılar bumeranq kimi öz üzərinə qayıdacaq. Bu da iqtidar-hüquq savaşı müstəvisinin açılmasıdır ki, nəticə Türkiyənin zəifləməsi, düşmənlərini qazanmasıdır. 

- Gülən-Ərdoğan qarşıdurmasının Azərbaycana da yansı barədə şərhlər var. Bir çox vəzifəli və səlahiyyətli şəxslərinin adının “Gülənin adamı” kimi KİV-də hallanmasına rast gəlirik. Ərdoğanın seçkilərdə qalib gəlməsi Azərbaycandakı bu məsələlərə necə təsir edə bilər?

- Ərdoğanla Azərbaycan hökumətinin arasında “Gülən camaatı”na münasibətdə hansı xəttin və ya razılaşmanın olduğunu deyə bilmərəm. Bunu bilmədiyimə görə də, fərziyyə irəli sürməyə dəyməz. Hesab edirəm ki, hər halda Türkiyə də Azərbaycan siyasətçiləri və ya iqtidarı içərisində özünün mövqelərini möhkəmləndirməyə çalışır. Azərbaycan tərəfi də çalışır ki, Türkiyədə iqtidarda kimin olmasından asılı olmayaraq münasibətlər sistemini adamlara yönəlik deyil, Türkiyə və Azərbaycana yönəlik qursun. Azərbaycan hökuməti çalışacaq ki, Türkiyə iqtidarının maraqlarına uyğun addımlar atmağı nümayiş etdirə bilsin. Nə dərəcədə olacaq, onu demək çətindir. 

- Azərbaycanda Fətullah Gülənin adamlarının olması mümkündürmü? 

- Azərbaycanda Səudiyyə Ərəbistanından, Küveytdən, İrandan və s. dini xətlərin nümayəndələri olması kimi, Gülən camaatının da olması təbiidir. Burada qəribə nəsə axtarmaq lazım deyil. Məsələn, Qum - şiə məktəbib adamları yoxdurmu Azərbaycanda? Yaxud vəhhabiliyin və s. dini xətlərin də burada adamları var. Gülən camatının olması təbbidir, amma onlar hansı hüquqlara, hansı təsir imkanlarına malikdir, bu başqa məsələdir. Birinin məscidi var, birinin məktəbi var. Yaxud birinin yardım mərkəzi var, o birinin universiteti var. Hansısa daha aktiv görünə bilər. Ancaq onların hakimiyyətlərə, münasibətlər sisteminə təsiri, Türkiyənin onların üzərindən hansı basqılar həyata keçirəcəyi maraqlıdır. Dünənə qədər Ərdoğanla Gülən camaatının adı eyni səslənir, eyni xətt hesab olunurdular. Bu gün ayrılıblar və başqa münasibət yaranıb deyə,  Türkiyə iqtidarının siyasətinə uyğun olaraq Azərbaycanda da o münasibəti sərgiləmək doğru deyil. Çünki Türkiyə təkcə Türkiyə iqtidarından ibarət deyil. Ona görə də, hesab edirəm ki, münasibətlər sistemini Ərdoğanın və ya AKP-nin istəklərinə uyğun qurmaq düzgün deyil. Burada Azərbaycanın maraqları hər şeydən üstün olmalıdır. Maraqlar nəyi tələb edirsə, o siyasət yürüdülməli, münasibıtlər sistemi formalaşdırılmalıdır. 

- Ərdoğan Gülən camaatını “paralel dövlət” adlandırır.  Azərbaycanda da belə bir təhlküənin olması mümkündürmü?

- Bilirsiniz, hər şey məqsədlərdən və o məqsədləri həyata keçirən insanların fəaliyyət planından asılıdır. Hər kəs daha çox səlahiyyətə malik olmaq iddiasındadır. Məsələn, Türkiyədə 1995-ci ilə qədər Gülən camaatının hakimiyyət iddiası olmayıb. Bu iddia - islam modeli ortaya çıxandan sonra Nəcməddin Ərbakan, onun adrınca isə Ərdoğan camaatın vasitəsilə hakimiyyətə gəlib. Bunlar danılmaz faktlardılr. Azərbaycanda əgər bu camaatın, təriqətin adamları varsa, onlar maarifləndirmə yolu seçiblər, yoxsa gələcəkdə hakimiyyətə gəlmə xəttini götürüblər, bunu demək olduqca çətindir. O adamların qarşısına qoyduğu məqsəd və məramlar hər şeyi açıq deyə bilər. Məsələn, Rumuniyada da Gülən camaatının böyük nüfuzu, məktəbləri, şəbəkələri var. Amma heç kəs iddia edə bilməz ki, Gülən camaatı Rumuniyada hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyub. Türkiyədə bir qədər fərqlidir. Türkiyə onların mərkəzidir və hakimiyyətə gəlmək məqsədi qoya bilərlər. Azərbaycanda isə bilmirəm belə bir məqsəd var ya yox. Bu Azrbaycanda ola da, olmaya da bilər. Bu onların imkanlarının, təşkilatlanma bacarıqlarının və nə qədər çoğrafiyanı əhatə etmək gücündən asılı olaraq meydana çıxa bilər. /“Bizim Yol” qəzeti/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO